Dekabrın 8-i "Könüllülər Dekadası" çərçivəsində "İdman tədbirlərinin mediada işıqlandırılması" mövzusunda onlayn seminar keçirildi.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi, “Azərbaycan İdman Könüllüləri” ictimai birliyi, “Azərbaycan İdmançıları” ictimai birliyi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən seminarın bugünkü qonağı Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti, əməkdar jurnalist Qabil Mehdiyev oldu.
Qabil Mehdiyev çıxış edərək Azərbaycanda medianın yaranma tarixi və bölündüyü sahələr haqqında məlumat verdi. Əsasən, idman jurnalistikasının yaranmasının 1932-ci ildən nəşr olunan və böyük bir tarixi yol keçən “İdman” qəzetinin adı ilə bağlı olduğunu bildirdi. İdman Jurnalistika Federasiyasının inkişafı üçün görüləcək işlərdən və təcrübə proqramlarından bəhs etdi.
Qabil Mehdiyev çıxışında 25 illik təcrübəsini paylaşaraq Azərbaycanda idman jurnalistikasının inkişafı üçün xarici dilin vacibliyini vurğuladı.
Tədbirin sonunda Qabil Mehdiyev könüllülərin suallarını cavablandırdı.
Onlayn görüşdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və rayon gəncləri də iştirak edirdi.