Dekabrın 7-si "Könüllülər Dekadası" çərçivəsində "İdmanda dopinq əleyhinə mübarizədə könüllülərin rolu" mövzusunda onlayn seminar və AMADA-nın təqdimatı keçirildi.
08 dekabr 2020 | 11:00
AMADA-nın meneceri Nailə Məhərrəmova Ümumdünya Antidopinq Agentliyinin(ÜADA) yaranma səbəbi haqqında məlumat verdi. Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təsis edilməsindən bəhs edən Nailə Məhərrəmova onun məqsədi, öhdəlikləri haqqında ətraflı danışdı.
AMADA-nın dopinq nəzarət meneceri Kəmalə Babayeva dopinq nəzarəti prosedurunun mərhələləri haqqında məlumat verərək könüllülərin dəstəyinin ehtiyac olduğu məqamları qeyd etdi.
Tədbirin sonunda Kəmalə Babayeva könüllülərin sualını cavablandırdı.
Onlayn görüşdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və rayon gəncləri də iştirak edirdi.