Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir.

10 may 2014 | 10:00

YAP Ağcabədi rayon təşkilatının tədbirlər planına müvafiq olaraq Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbirlər davam edir.
   May ayının 6-da tədbirlər planına müvafiq olaraq Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş zona üzrə rayonlararası mini futbol turniri keçirilmişdir.
    Turnirdə Mingəçevir, Beyləqan, Goranboy, Laçın və Ağcabədi rayonundan gələn komandalar iştirak etmişdir. İdmançılar yarışdan əvvəl Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklə düzərək, onun əziz xatirəsini ehtiramla yad etdilər.
    Ağcabədi şəhər 11 saylı tam orta məktəbin mini futbol meydançasında keçirilən turniri YAP Ağcabədi rayon təşkilatın sədr müavini Nazim Bünyatov açaraq idmançılara uğurlar arzuladı. Püşkatma mərasimindən sonra komandalar arasında yarış başladı. Gərgin keçən idman mübarizəsində YAP Ağcabədi rayon təşkilatının komandası I yerə, Laçın rayon komandası II yerə, Mingəçevir şəhərinin komandası isə III yerə layiq görüldü.
    Turnirin qaliblərinə YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanları və kuboklar təqdim edildi.

Keçidlər