İkinci Qarabağ savaşında yaralanan hərbçilərlə görüş keçirilib.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov rayonun bir çox kəndlərində olub, Vətən müharibəsində yaralanan həmyerlilərimizlə görüşüb. Rayon rəhbəri Hacibədəlli kəndində Rahib Sadıqov, Bəhruz Quliyev, Təzəkənd kəndində Elşad Heydərov, Amid Əliyev, Sədi Cəfərov, Qiyaməddinli kəndində Mərhəmət Məmmədov, Poladlı kəndində Vidadi Səfərov, Etibar Vəliyev, Müqabil Dadaşov, Məhərrəm Eyvazov, Minəxorlu kəndində Amil Süleymanova baş çəkib. Cənab başçı yaralılardan Təzəkənd kəndindən olan Mirşaban Mamedov, Qiyaməddinli kənd sakinləri Mürvət Məmmədov, Səfa Quliyev, Əsəd Quliyev və Minəxorlu kənd sakini Elşad Fərzəliyev evdə olmasalar da, onların ailələri ilə görüşüb.
Görüş zamanı yaralların səhhəti ilə yaxından maraqlanan R.Hüseynov, dövlətimizin həmişə əsgərin yanında olduğunu bildirib, yaralılara Allahdan şəfa diləyib, tezliklə sağalıb ayağa qalxmağı, ölkəmizin həyatında fəal iştirak etməyi arzulayıb.
Görüşdə hər bir yaralının evinə ərzaq sovqatı, tibbi maska, spirt, dezinfeksiyaedici məhlullar hədiyyə edilib. Rayon icra hakimiyyətinə müraciət edən Poladlı kənd sakini Məhərrəm Eyvazova əlil arabası təqdim olunub. Eyni zamanda həmin kəntdə hər bir yaralı əsgərin evinə bir ədəd elektrik sobası da verilib.
Yaralılar və onların ailə üzvləri göstərilən yüksək diqqət və qayğına görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin təşəkkürlərini və minnətdarlığını bildiriblər.