Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhəri M. Aranlı adına 11 saylı tam orta məktəbində Ümummilli Lider Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.

10 may 2014 | 10:00

06 may  2014 –cü il tarixdə saat 10:00- da  Ümummilli Lider Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə Ağcabədi şəhər M. Aranlı adına 11 saylı tam orta məktəbində məktəbin müəllim və şagird kollektivlərinin iştirakı ilə konfrans  keçirilmişdir.
    İlk öncə məktəbin direktoru  Eynulla Hacıyev  tədbiri açaraq  Ümummilli lider Heydər Əliyev öz xalqının firavan sabahının qurulmasında, milli – mənəvi dəyərlərinin qorunmasında bütün həyatını bu amal uğrunda mübarizəyə həsr edən dahi bir şəxsiyyət olmasından bəhs etmişdir.
   Daha sonra məktəbin tarix müəlliməsi İradə Cəfərova məruzə ilə çıxış edərək , Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin hər bir  zəfərində   danılmazdır xidmətlərini konfrans iştirakçılarının nəzərinə çatdırmışdır.
  Məktəbin tarix müəlliməsi Xanım Əliyeva  və digər çıxış edənlər bildirmişdilər ki,  Ulu Öndər Heydər Əliyevə qarşı olan xalq sevgisi zaman ötdükcə daha çox xalqın qəlbində  böyüyür.və güclənir , xalq öz oğluna sonsuz sevgisini Onun siyasi varisi cənab Prezidentimiz İlham Əliyevə etimad göstərərək bildirmişlər və yanılmadıqlarını görmüşdülər. Nə qədər ki, bu xalq var Heydər Əliyev böyüklüyü yaşayacaq, nəsildən – nəsilə ötürülərək onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün gördüyü işlər
örnək göstəriləcəkdir.

Keçidlər