Ağcabədi pambıqçıları bu günədək 34 min 023,96 ton məhsul toplayıblar
19 noyabr 2020 | 11:00
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci ildə Ağcabədi rayonunda 4200 hektarı “Azərpambıq” MMC, 5069,2 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1420 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında 10 min 689,2 hektar sahədə pambıq becərilib. Ağcabədili "ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını nümunəvi təşkil edirlər. Hər gün tarlalardan 400 tona yaxın məhsul toplanır. Ümumilikdə bu günədək sahələrin 10 min 531,3 hektarında məhsul yığılıb. Hər hektarın məhsuldarlığı 31,99 sentnerdir.
Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 99 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 31,8 sentner olub.