Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa şəhərinin işğalının 22- ci ildönümü münasibəti ilə Ağcabədi şəhəri 4 saylı tam orta məktəbində tədbir keçirilmişdir.

08 may 2014 | 10:00

07 may   2014-cü il tarixdə  Ağcabədi şəhəri  S. Vurğun adına 4 saylı tam orta məktəbində  Şuşa şəhərinin işğalının 22 – ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
    Tədbirdə  ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Şəhər 4 saylı tam orta məktəbin direktoru Sadiq Əliyev açıq elan edərək,   1992-ci il mayın 8-nə keçən gecə mənfur  erməni birləşmələrinin  «dağlarda toy» adlandırdıqları Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat barədə   ətraflı məlumat verdi.
    Çıxışdan sonra Şuşa şəhərini və onun işğalıni əks etdirən  video çarxlar təqdim olundu.
    Daha sonra çıxış edən digər qonaqlar Azərbaycanın füsunkar gözəl məkanı olan Şuşanın erməni qəsbkarları tərəfindən  işğalından, bu həsrətin bitəcəyindən və Ali Baş Komandanın əmri ilə işğal altında bütün torpaqlarımızda azadlıq bayrağının tezliklə dalğalanacağına inandıqlarından bəhs etdilər.
Daha sonra  məktəbin şagirdlərin hazırladıqları ədəbi –bədii kompozisiya tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Keçidlər