Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Birlikdə bir həyat xilas edək” adlı qanvermə aksiyası keçirilmişdir.

09 may 2014 | 10:00

8 may 2014-cü il tarixində Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional ofisinin təşkilatçılığı ilə Ağcabədidə Şuşa şəhərinin işğalı zamanı şəhid olanların xatirəsinə həsr edilmiş Qanvermə aksiyası təşkil edilmişdir. Qarabağdan olan Bir qrup ziyalının iştirakı ilə Ağcabədi Şəhidlər Xiyabanı ziyarət edildikdən sonra 556 ailəlik məcburi köçkün qəsəbəsində Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə və GTM Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova qəsəbədə yaşayan bir qrup şagird,valideyin və müəllim heyəti ilə görüş keçirmişdir.
   Görüşdə məqsəd bölgədə yaşayan gənclərin problemlərinin öyrənilməsi,onların aktivliyinin artırılması və bu istiqamətdə görülən işlərin genişləndirilməsi ilə bağlı müzakirələr idi.
    Tədbirin yekununda isə könüllülər Şuşa şəhidlərinin xatirəsinə həsr edilmiş “Birlikdə bir həyat xilas edək” adlı qanvermə aksiyasında iştirak etmişdilər.

Keçidlər