“Tarix təkrardan ibarətdir”: Düşmən Ağcabədidə eyni evə ikinci dəfə top atdı - VİDEO
Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun cəbhə xəttinə yaxın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.
Ağcabədi rayonunun düşmənin artilleriya atəşinə məruz qalan yaşayış məntəqələrindən biri Qaraxanlı kəndidir.
Sentyabrın 27-dən indiyədək kənddə altı ev dağılıb, 50-yə yaxın ev və yardımçı bina zərər görüb.
Ermənilərin ağır artilleriyadan atdığı mərmilərdən biri Ağcabədi rayonunun Qaraxanlı kənd sakini Xəlilov Bərxudar Əziz oğluna məxsus yaşayış evinə düşüb. Nəticədə, ev dağılıb. Onu da qeyd edək ki, 2016-cı ildə də düşmənin atdığı top mərmisi adıçəkilən evə düşübmüş.
Dövlət tərəfindən əsaslı təmir olunan ev ermənilərin atəşkəsi pozması nəticəsində yenidən dağılıb.