Şriftin ölçüsü :

Saytın rəngi :

Düşmən Ağcabədinin kəndlərini artilleriyadan atəşə tutub

04 noyabr 2020 | 11:00

Ermənistan silahlı qüvvələri noyabrın 4-də səhər saatlarında Ağcabədi rayonunun Boyat, Qaraxanlı və Hacılar kəndlərini ağır artilleriyadan atəşə tutub.

Artilleriya atəşi nəticəsində kəndlərdə dağıntı və insan itkisi olmasa da, yardımçı binalara, təsərrüfatlara, elektrik xətlərinə ciddi ziyan dəyib.

Qaraxanlı kənd sakini Səhrəman Quliyev müxbirimizlə söhbətində bildirib ki, düşmən kəndi mütəmadi olaraq artilleriyadan atəşə tutur: "Bu səhər ermənilər yenidən kəndə ondan çox mərmi atıblar. Görürsünüz, hər tərəf qəlpə ilə doludur. Düşmənin yaşayış məntəqələrini hədəfə alması biz sakinləri qorxutmur. Bilirik ki, qarşıda güclü ordumuz var. Müzəffər ordumuz torpaqlarımızı işğaldan azad edir. Bu isə bizə daha da güc verir. Tezliklə qələbə qazanacağımıza inanırıq".

Qeyd edək ki, Ağcabədi rayonunun Qaraxanlı kəndinin artilleriyadan atəşə tutulması nəticəsində sentyabrın 27-dən indiyədək 6 ev dağılıb, 50-yə yaxın evə və yardımçı binaya ziyan dəyib.

Keçidlər