Şriftin ölçüsü :

Saytın rəngi :

"Qarabağ gəncləri arasında I Şahmat çempionatı"

09 may 2014 | 10:00

Gənclər üçün Təhsil Mərkəzinin təşəbbüsü ilə Ağcabədi  Şahmat Məktəbində  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Qarabağ gəncləri arasında I Şahmat çempionatı" keçirilmişdir.
    7-8 may 2014-cü il tarixlərində təşkil edilmiş çempionatın ilk günü Ağcabədi,Şuşa,Xocavənd,Ağdam,Laçın rayonundan olan uşaq və yeniyetmələr arasında 5,növbəti gün isə gənclər arasında 7 turdan ibarət olan yarış təşkil edilmişdir.Tədbirdə Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə,GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı,Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, YAP Ağcabədi rayon təşkilatının nümayəndəsi,Qarabağ əlili Ramil Nağıyev, Ağcabədi şəhər Şahmat məktəbinin direktoru Cavanşir Məmmədov və başqa qonaqlar iştirak etmişdir.
   Tədbirin yekununda 3 yer və həvəsləndirici yerlər üzrə qaliblərə diplom və hədiyyələr təqdim edilmişdir.
I Yer –Quliyeva Nurlanə
II Yer –Əliyev Samir
III Yer- Muradov Şahmar

Keçidlər