Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhəri M.F. Axundov adına 3 saylı məktəb – liseydə 1-a sinif şagirdləri əlifba bayramı keçirmişdir

03 may 2014 | 10:00

02 may 2014-cü il tarixdə Ağcabədi şəhəri M.F. Axundov adına 3 saylı məktəb – liseydə 1-a sinif şagirdlərinin əlifba bayramı keçirilmişdir.
   Şagirdlər ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, daha sonra Heydər Əliyev Mərkəzində olub, eksponatlarla tanış edilmişdirlər. Daha sonra şagirdlər Şəhidlər Xiyabanını ziyarət edərək Qarabağın azadlığı uğrunda canlarını vermiş şəhidlərimizin məzarını üzərinə tər qərənfillər düzmüşlər. Bundan sonra Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində birincilərin iştirakı ilə bir birindən maraqlı səhnəciklər və rəngarəng konsert proqramı ilə valideyinləri qarşısında çıxış etmişlər.
    Tədbirdə məktəb-liseyin direktoru Tofiq Zeynalov, Əməkdar müəllim Zəhra İbrahimova, həmin məktəbin direktor müavini Vüsalə Muradova və valideynlər çıxış edərək birincilərə uğurlu yol arzulamışdırlar.Birincilərin sinif müəllimi Sevda Quliyeva yekunda bu tədbirin təşkilində göstərdikləri köməkliyə görə məktəb rəhbərliyinə və valideynlərə öz minnətdarlığını bildirmişdir. Tədbir rayon Gənclər Mərkəzində davam etdirilmişdir.

Keçidlər