Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi pambıqçıları hər gün tarlalardan min tondan çox məhsul toplayırlar

21 oktyabr 2020 | 11:00

Ermənistan silahlı bölmələrinin Ağcabədi rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmasına baxmayaraq, kənd təsərrüfatı işləri, o cümlədən pambıq yığımı davam etdirilir. Tarlalardan hər gün min tondan çox məhsul toplanır.21.10.2020-ci iltarixə 15999,38 ton pambıq yığılaraq təhvil verilmişdir.2020-ci ildə rayonda 4200 hektarı “Azərpambıq” MMC, 5069,2 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1420 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında 10 min 689,2 hektar sahədə pambıq becərilib. Ağcabədi pambıqçıları bu günədək sahələrdən 15 min 124,32 ton məhsul yığıblar.

Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 99 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub.

Keçidlər