Ağcabədidə pambıq yığımını davam etdirilir.
20 oktyabr 2020 | 11:00
Ölkəmizdə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı Ağcabədi rayonunda torpaq sahiblərinin bu sahəyə marağını ildən-ilə artırır. Rayonun iqlim şəraiti, sakinlərin pambıqçılıq sahəsində təcrübəsi məhsul istehsalını artırmaq üçün stimul yaradır.
Ağcabədili fermerlər hər gün tarlalardan 1000 tondan artıq məhsul toplayırlar. 20.10.2020-ci il tarixə Ağcabədi fermerləri 15124,32 ton pambıq yığıb təhvil vermişlər.