Ağcabədi Rayon İcra Hakimiyyəti təşəkkür edir.
Astara Rayon İcra Hakimiyyətinə
Masallı Rayon İcra Hakimiyyətinə
Quba Rayon İcra Hakimiyyətinə
Milli Onkologiya Mərkəzinə
Ağdaş rayon Hapıtlı kənd sakinlərinə
Cəlilabad rayonunun Uzuntəpə kənd sakinlərinə
Qaradağ rayonu Qobustan qəsəbəsinin sakinlərinə
Şabran rayonu Gəndov kənd sakinlərinə
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixdə düşmənin növbəti təxribatının qarşısını almaqla əks-hücum əməliyyatına başlamışdır. Şanlı Ordumuz qəhrəmanlıqla işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad edir. Döyüşlərdə ağır məğlubiyyətlə üzləşən düşmən tərəfi isə mülki əhalini və yaşayış məntəqələrimizi atəşə tutur. Ölkə Prezidentinin göstərişi ilə düşmən təxribatı nəticəsində zərər çəkən hər kəs dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunur. Bu müddətdə bütün ölkə boyu böyük bir həmrəylik nümayiş etdirilərək ayrı-ayrı xeyirxah şəxslər və təşkilatlar tərəfindən də cəbhəboyu ərazilərə yardımlar göndərilir.
Sizin tərəfinizdən göndərilən yardımlar tərəfimizdən rayon ictimaiyyətinin nümayəndələrinin, Qarabağ qazilərinin iştirakı ilə qəbul edilərək aidiyyəti üzrə rayon ərazisində dislokasiya olunmuş “N” saylı hərbi hissələrə, ön xəttdə döyüşən hərbiçilərimizə, rayondakı hərbi hospitallara, eləcə də düşmən atəşi nəticəsində zərərçəkmiş aztəminatlı ailələrə çatdırılmışdır. Xeyirxah təşəbbüsünüzə görə əsgərlərimiz, onların ailələri, həmçinin rayon ictimaiyyəti adından Sizə dərin minnətdarlığımızı bildiririk.
İnanırıq ki, xalqımızın birliyi və ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tezliklə zəfər çalacaqdır.
Ağcabədi Rayon İcra Hakimiyyəti