Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə YAP Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının, Gənclər və İdman idarəsinin və Rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə intellektual oyun üzrə rayon müsabiqəsi keçirilmişdir.

07 may 2014 | 10:00

06 may 2014- cü il tarixdə saat 14:00-da Ağcabədi rayonu Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Gənclər və İdman İdarəsinin , YAP İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının və rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 91- ci ildönümünə həsr olunmuş intellektual oyun rayon müsabiqəsi keçirilmişdir.   
   İntellektual yarış  14-29 yaş həddində gənclər arasında  24 komandanın iştirakı ilə həyata keçirilmişdir. Yarışda müxtəlif komandalar  5 turda öz biliklərini nümayiş etdirmək, qələbə qazanmaq üçün mübarizə apardılar.
   İntellektual oyun üzrə rayon müsabiqəsində püşkatma nəticəsində komandalarını çıxış edəcəyi qruplar müəyyənləşdi.
   Tədbiri Rayon Rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov açaraq  ilk öncə qonaqları salamladı və Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixindəki rolundan və Azərbaycan gəncliyinə Ulu Öndər Heydər Əliyevin sonsuz diqqət və qayğısından bəhs etdi.
    Daha sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra yarış başlandı.
   Ümummilli Lider Heydər Əlyevin həyat və fəaliyyətindən, Azərbaycanın tarixindən və bütün sahələri əhatə edən suallar yarış iştirakçılarına ünvanlandı.
    Fasilə zamanı “Qarabağ” Muğam Mərkəzinin ifaçıları mahnıları oxudular və Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər söylənildi.
     Ağcabədi rayonunda hər il keçirilən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan intellektual oyun üzrə rayon müsabiqəsində şəhər 2 saylı tam orta məktəbin      komandası  I yerə,  Pərioğullar kənd tam orta məktəbin komandası II yerə,  şəhər 8 saylı tam orta məktəbin  komandası III  yerlərə layiq görüldülər.
   Qalib olan komandalar Rayon Gənclər və İdman idarəsinin  fəxri fərmanı və hədiyyələrlə  mükafatlandırıldılar.

Keçidlər