Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhəri general M.Əsədov adına 5 saylı tam orta məktəbin birinciləri Əlifba bayramı keçirmişdir.

08 may 2014 | 10:00

07  may 2014-cü il tarixdə Ağcabədi şəhəri general M.Əsədov adına 5  saylı tam orta məktəbin birinciləri Əlifba bayramı keçirmişdir.
Ulu Öndər Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə şəhər 5 saylı tam orta məktəbin birinciləri Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin əzəmətli abisəinin ziyarət etmiş, önünə tər  çiçək dəstələri qoymuş və Onun əziz xatirəsini yad etmişlər.Daha sonra əlifba bayramı Ağcabədi şəhəri   Ü.Hacıbəyov adına Qarabağ Muğam Mərkəzində  davam etdirilmişdir.İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş,birincilər səhnəyə daxil olaraq, qonaqları salamlamışlar. Tədbirdə məktəbin direktoru Solmaz Rəhimova  və digər çıxış edənlər birinciləri bu bayram münasibəti ilə təbrik etmiş və onlara qədəm qoyduqları yeni həyatda uğurlar, vətənə, cəmiyyətə, dövlətə layiqli vətəndaş kimi formalaşmağı arzulamışlar. 
Birincilərin Ulu Öndər Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə hazırladıqları ədəbi – bədii kompozisiya, rəqsləri və ifa edəcəkləri mahnılar tamaşaçılara nümayiş olunmuş və böyük alqışlarla qarşılanmışdır.
Tədbir qonaqlar tərəfindən birincilərə hədiyyələrin verilməsi ilə başa çatmışdır.

Keçidlər