Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmiş “ Dolu “ bədii filmi Ağcabədi tamaşaçılarına təqdim olunmuşdur.

20 oktyabr 2012 | 10:00

19 oktyabr 2012-ci il tarixdə saat 19:00 –da Ağcabədi rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmiş “ Dolu “ bədii filmi Ağcabədi tamaşaçılarına nümayiş olunmuşdur.
Tədbir 2 hissədən ibarət olmuşdur. Saat 18:30 –da tədbir iştirakçıları və filmin yaradıcı heyəti Şəhidlər Xiyabanında vətənin müdafiəsi uğrunda şəhid olmuş vətən oğullarının məzarlarını ziyarət edərək , onların məzarları üzərinə tər qərənfillər düzərək, Tanrıdan onlara rəhmət diləmişlər.
Daha sonra tədbir Ağcabədi rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında davam etdirilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı, Aqil Abbas “ Dolu “ bədii filmi haqqında məlumat vermiş və filmin yaradıcı heyətini Ağcabədi ictimaiyyətinə təqdim etmişdir. Aqil Abbas onu da qeyd etmişdir ki, “ Dolu” bədii filmi əsl vətənpərvərlik, köməksiz xalqın birlik filmidir. Xalqın çətin günlərdə keçən ağrılı- acılı, hər tərəfdən köməksiz qaldığı və o dövrdə hakimiyyətdə olan öz mənafeyini güdən vətən xainlərinin ac qurda çevrildiyi bir vaxtda xalqın simvolik dayanışmasını əks etdirən bir filmdir “ Dolu “ bədii filmi.
Sonda film tamaşaçıların ixtiyarına verildi. Simvolik yəni Pələng, Drakon, Komandir kimi obrazlarla əhatə olunan film öz döyüş səhnələri, çarəsiz qalanda da özünün, vətənin namusunu hər şeydən yüksək tutan, əsl vətənpərvərlik dərsi olan “ Dolu “ bədii filmi ictimaiyyət tərəfindən çox bəyənildi və alqışlarla qarşılandı.
Yekunda nümayişdə iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov filmin yaradıcı heyətinə başda əsərin müəllifi Aqil Abbas olmaqla hər kəsə minnətdarlığını bildirdi və onlara gələcək işlərində uğurlar, nailiyyətlər arzuladı. Bildirdi ki, inanıram ki, yaxın zamanlarda Ali Baş Komandanın əmri ilə biz filmin sonunda olduğu kimi birləşib, Xankəndinə, Şuşaya gedib, üçrəngli bayrağımızı Qarabağda qürurla dalğalandıracayıq və şəhidlərimizin ruhunu şad edəcəyik.
Tədbirdə 3000 nəfər iştirak etmişdir.
 

Keçidlər