Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın müharibə cinayətləri davam edir - Ağcabədi şəhərindən görüntülər

06 oktyabr 2020 | 11:00

Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı terror əməllərini davam etdirərək Ağcabədi şəhərini raket atəşinə tutub.

Ağcabədi şəhərinə atılan raketlərdən biri partlamayıb. Qalan iki raketdən biri həyətyanı sahəyə düşərək evdə dağıntılara səbəb olub, digəri isə başqa bir evə düşüb. Yaşadıqları evə raket düşməsi nəticəsində şəhər sakinləri 1994-cü il təvəllüdlü İbrahimov Elşən Mehdi oğlu və qardaşı qızı 2015-ci il təvəllüdlü İbrahimova Ayan Rövşən qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Eyni zamanda, evə külli miqdarda ziyan dəyib.

 

 

Keçidlər