Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi pambıqçıları uğurla məhsul yığımın aparırlar.

05 oktyabr 2020 | 11:00

Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı Ağcabədi rayonunda torpaq sahiblərinin bu sahəyə marağını ildən-ilə artırır. Bu il 10689,2 min hektar sahədə “ağ qızıl” becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib. Pambığın maşınla yığılması üçün defolyasiya işləri aparılıb.Bu günədək sahələrdən 4821,0  ton pambıq yığılıb.Yığım işləri davam etdirilir.

Keçidlər