Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş poeziya gecəsi keçirilmişdir.

04 may 2014 | 10:00

03 may 2014-cü il tarixdə YAP Ağcabədi rayon təşkilatının inzibati binasında  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş YAP Ağcabədi rayon təşkilatı  ilə  “Qarabağ” Ədəbi Məclisinin birlikdə təşkilatçılığı ilə  poeziya gecəsi keçirilmişdir.
   Tədbiri giriş sözü ilə YAP Ağcabədi rayon təşkilatının sədr müavini, yazıçı publisist Teymur Rəhimov açmışdır.
    Tədbirdə rayon ağsaqqalı Süleyman Qasımov Ulu Öndər Heydər Əliyev ilə  bağlı xatirələrini söyləmişdir. Sonra şairlər Rasim Səmədoğlu, Tofiq Zeynal, Zahid Avşar Eloğlu, Mübariz Məmişoğlu, Könül Aydın, Hüseyn Həsrət, Koroğlu Sönməz, Vəli Qurbanoğlu, Pəri Arasbarlı, Vaqif Kəhrizli, Hüseyn Ağa Muğanlı və başqaları Ulu Öndər Heydər Əliyevə, vətənimizə, torpağımıza, üçrəngli bayrağımıza həsr etdikləri şeirlərini oxumuşdurlar.

Keçidlər