Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Ümummilli Lider Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə futbol üzrə rayon turniri keçirilmişdir.

06 may 2014 | 10:00

28 aprel – 05 may 2014-cü il tarixlərində  Ağcabədi rayonu Mərkəzi Stadionunda    Gənclər və İdman İdarəsinin , YAP İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş futbol üzrə məktəblilər arasında  rayon turniri keçirilmişdir.
    Turnirdə  16 komanda iştirak etmişdir. Futbol üzrə rayon turnirinin yekun nəticəsinə görə rayon Nəcəfqulubəyli kənd tam orta məktəbin komandası  I yerə ,   rayon Avşar kənd tam orta məktəbin  komandası II yerə, şəhər 8 saylı tam orta  məktəbin komandası III yerə  layiq görülmüşdülər.
    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş futbol üzrə rayon turnirinin qalibləri Gənclər və İdman İdarəsinin Fəxri fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırılmışdılar.

Keçidlər