Şriftin ölçüsü :

Saytın rəngi :

Xain düşmənin təxribatlarına baxmayaraq Ağcabədidə pambıq yığımı davam edir.

30 sentyabr 2020 | 11:00

Xain düşmənin təxribatlarına baxmayaraq hazırda rayonda pambıq yığımı davam edir. 29.09.2020-ci il tarixdə 449,52 ton pambıq yığılmışdır. Bu günə kimi rayon ərazisində əkilmiş pambıq sahələrindən  1881,02 ton məhsul toplanaraq pambıq tadarükü məntəqələrinə təhvil verilmişdir. Havaların əlverişli keçməsi isə pambıq sahələrindən məhsulun tez və itkisiz yığımasına şərait yaradır. Rayon ərazisində əkilmiş 10689,2 ha sahələrdən ağcabədili pambıq istehsalçıları tərəfindən bol məhsul yığımı gözlənilir. Rayonda pambıq əsasən pambıqyığan kombaynlar və əl əməyindən istifadə edilməklə yığılır. İnsanların məşğulluğunun təmin edilməsi, onların maddi rifah hallarının yaxşılaşdırılması üçün daha çox əl əməyinə üstünlük verilir ki, bu işə də minlərlə rayon sakini cəlb edilir.

Keçidlər