Şriftin ölçüsü :

Saytın rəngi :

Siyasi partiyalar birgə bəyanat vermişlər.

29 sentyabr 2020 | 11:00

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-si siyasi həmrəylik nümayiş etdirərək, birgə bəyanat veriblər. Bu təkcə xalqla hökümətin həmrəliyindən yox, eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür. Çünki Ermənistanın işğqalçı siyasətinə etiraz və xalqın haqlı tələbi ölkə siyasətçilərini birləşdirir. Odur ki, siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini kəskin qınayır. Ermənilərin mülki əhalinin yaşadığı kəndləri bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir.
Ölkənin siyasi partiyaları beynəxalq hüququ aliliyinin bərqərar olunmasını tələb edirlər. 30 ilə yaxın müddət ərzində məhəl qoymadığını bir daha hatırladan siyasi partiyaların rəhbərləri, Azərbaycana qarşı tətbiq olunan ikili standartlara son qoymasını tələb edirlər. Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymaması regiona vəziyyəti gərgin olaraq saxlayır.
Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanda yaşanan problemləri sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarının hərbi təxribatlarla məşğul olduqlarını diqqətə çatdırırlar. Ermənistan  höküməti daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə müntəzam olaraq cəbhə xəttində atəşkəsi pozur. Rəsmi Yerevanın məsuliyyətsiz, militarist bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir. Siyasi partiyaların rəhbərləri dövlət başçısının fikrini dəstəkləyir və status - kvonun dəyişməz qalmasının qeyri-mümkün olduğunu vurğulayırlar. Siyasi partiya rəhbərlərinin birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin : “ Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur,” – fikrini sitat gətirərək, Azərbaycanın ədalətli mövqe tutmasını bir daha qeyd edirlər.
Atəşkəsin müntəzəm olaraq pozulmasını və Ermənistanın məsuliyyətsiz bəyanatları , bu ölkəyə beynəxalq inamı azaldır və onun bütün regional layihələrdən kənara qalmasına səbəb olur. Siyasi partiyaların rəhbərləri birgə öz bəyanatında Ermənistanın işğalçılıq siyasətinə beynəxalq təşkilatların göz yummasını qınayır və onlardan adekvat tədbirlərin görülməsini tələb edirlər.
Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyasından imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır.
Ölkənin siyasi partiyalarının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəliyin parlaq nümunəsidir. Birgə bəyanat ölkəmizdə siyasi müştəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır.
Özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası təəssüflər olsun ki, Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Ali Baş Komandanın bu sahədə həyata keçirtdiyi siyasəti dəstəkləməmələri onların səmimi olmadıqlarını və əsl simalarını göstərir. Azərbaycan xalqının son 30 ildir səbirsizliklə gözlədiyi Vətən müharibəsinin başlamasının ilk  günündə Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları ümummilli dəyərlərə sahib çıxmayaraq, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək, düşmən dəyirmanına su tökdülər. Siyasi ədavət saxlayan bu partiyalar belə tarixi bir gündə Ali Baş Komandan İlham Əliyevin yanında olma qabiliyyətini göstərə bilmədilər.  

Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatları görməyən, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoq çağırışına qoşulmayan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmamaları böyük təəssüf  hissi doğurur.

Keçidlər