Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “ Ölkədə hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalayıb.
Bu günlərdə Azərbaycan Respublikasin Prezidenti İlham Əliyev ” Ölkədə hərbi vəziyyət haqqında” Fərman imzalayıb. Yaranmış müharibə şəraiti ilə əlaqədar respublika ərazisində hərbi vəziyyət elan edilməsi ölkədə yalnız yüksək hərbi hazırlığı deyil, ilk növbədə, xalq, dövlət və ordu arasında birliyi nümayış etdirir. Bu Fərman Erməni təxribatlarına, Ermənistanın işğalçı siyasətinə adekvat cavab işğalçının qarşısının alınması siyasətinin davamıdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə vətəndaşın könüllü orduya yazılması Azərbaycan cəmiyətinin hərbi vəziyyətə hazır olduğunu aydın sübut edir.
Hərbi vəziyyət elan edilmjəsi haqqında Fərmanın tələblərinə riayət edilməsi artıq hər bir vətəndaşın borcu və şəxsi məsuliyyəti hesab olunur. Sözügedən Fərman xalq tərəfindən dəstəklənib, dünya ictimaiyyətinə bir siyasi mesaj olaraq ünvanlanıb. Bu, eyni zamanda Azərbaycan xalqının ruh yüksəkliyi və haqq işi uğrunda mübarizəyə hazır olması barədə mesajdır.
Azərbaycan dövləti bəyan etdiyi dəyərlərə sadiqdir.Ölkəmiz Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir. Məhz həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır.
Elan olunmuş hərbi vəziyyət ölkədə milli birliyə çağırışdır. Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyin ən ali təcəssümüdür.
“Ökədə hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ona dəlalət edir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır.