Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Ümummilli Lider Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə mini futbol üzrə rayon turniri keçirilmişdir.

06 may 2014 | 10:00

 30 aprel – 05 may 2014-cü il tarixlərində  Ağcabədi rayonu Hindarx qəsəbəsində   Gənclər və İdman İdarəsinin , YAP İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş mini futbol üzrə məktəblilər arasında  rayon turniri keçirilmişdir.
    Turnirdə  17 komanda iştirak etmişdir. Mini futbol üzrə rayon turnirinin yekun nəticəsinə görə rayon C. Cəfərov adına Şərəfxanlı kənd tam orta məktəbin komandası  I yerə ,   rayon E. İsmayılov adına Hindarx qəsəbə 1 saylı  tam orta məktəbin komandası  II yerə, M. Uluxanov adına Sarıcalı kənd tam orta məktəbin komandası III yerə  layiq görülmüşdülər.
   Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş mini futbol üzrə rayon turnirinin qalibləri Gənclər və İdman İdarəsinin Fəxri fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırılmışdılar.

Keçidlər