Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan tarixi ədalətin bərpası uğrunda mübarizə aparır.

28 sentyabr 2020 | 11:00

27 sentyabr 2020 – ci il tarixdə Ermənistanın hərbi təxribatı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edib . Müraciətdə qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin döyüş fəallığının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Ordusuna bütün cəbhə boyu əks – hücüm əməliyyatı başlanmasına qərar verib.
 Milli Ordunun çevikliyi, peşəkarlığı və qətiyyəti sayəsində Ermənistan silahlı qüvvələrinin ön xətt də və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsini, hərbi obyektlərini və döyüş texnikasını aşkar edib, onların hərəkət trayektoriyasına nəzarət edir. Bu zaman Ordumuzun şəxsi heyəti və tank bölmələri,raket – artılleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyindən istifadə edir. Qoşunlarmız sürətlə əks – hücüm əməliyyatları həyata keçirir. Bu səbəbdən əhali hadisələri izləməli, təxrbatlara uymamalı, təxribat xarakterli məlumatların qarşısını almasında fəal iştirak etməlidir.
Dövlətimizin başçısı bildirib ki, 27 sentyabrda cəbhə boyunda baş verən hadisələrə görə bilavasitə Ermənistan höküməti məsuliyyət daşıyır. Ermənistanın Noyemberyan rayonunun  Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqələrimiz, Krasnoselk rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndi və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin  Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeleri atəşə tutulub.
Azərbaycan məsuliyyətli dövlətdir. Milli Ordumuz mülki əhaliyə heç vaxt atəş açmır. Dövlətimizin mövqeyi vəziyyətdən asılı olmayaraq, hər zaman qorunur. 27 sentyabr tarixdə baş vermiş hadisələr bunun aydın sübutudur. Həmin vaxt Milli Ordumuz mülki əhalini hədəfə almayıb. Qeyd olunduğu kimi, 27 sentyabr hadisələri Ermənistanın yeni işğal siyasətinin təzahürüdür. Bu siyasət danışıqlar prosesnin pozulmasına, status – kvonun təsdiqinə, yeni təxribatların yaradılmasına və Ermənistanda mövcud sosial fəlakətin gizlədilməsinə xidmət edir.
Əslində danışıqların pozulması ermənilərin başlıca hədəflərindəndir. Erməni təxribatları bu səbəbdən də sistemli xarakter daşıyır. İyul, avqust və sentyabr aylarında baş verən xərbi təxribatlar bütövlüklə regionda təhlükə yaradır, Azərbaycanı hərbi qüvvədən istifadə etməyə təhrik edir. Təxribatlar təkcə cəbhədə deyil, Yerevanın siyasi bəyanatlarında da əksini tapıb. Ermənistanın məsuliyyətsiz bəyanatları təkcə bizi yox, bütün beynəxalq ictimaiyyəti düşündürməlidir.
 Bu gün Ermənistanın siyasət  tarixi falsifikasiya və müxtəlif təxribatlar üzərində qurulub. Qanunsuz məskunlaşma siyasətinə toxunan Prezident İlham Əliyev bunun beynəxalq qanunlara zidd olduğunu, bütün regiona təhdid yaratdığını vurğulayıb. Müxtəlif yollar ilə digər ölkələrdə yaşayan erməni mənşəli əhalinin Qarabağa yerləşdirilməsi regionun gələcəyini sual altında qoyur.
Təəssüf ki, Dağlıq Qarabağla əlaqədar ikili siyasət bu gün də davam edir. 30 ilə yaxın bir dövrdə beynəxalq qətnamələr kağız üzərində qalıb. Qeyd olunduğu kimi, Azərbaycan haqq yolundadır, Ermənistan isə işğalçıdır.Azərbaycan öz tarixi torpaqlar uğrunda mübarizə aparır. Bütün dünya bilir ki, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!

Keçidlər