Ağcabədi rayonunda Atıcılıq idman növü üzrə şəhər məktəblərinin IX-XI sinif şagirdlər arasında rayon turniri keçirilmişdir.
Ağcabədi rayon Gənclər və İdman İdarəsi, YAP-sı Ağcabədi rayon təşkilatı və “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Ağcabədi rayon Mütəxəssis Hazırlığı məktəbinin təşkilatçılığı ilə 01-05 may 2014-cü il tarixlərdə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 91 ci il dönümünə həsr olunmuş Atıcılıq idman növü üzrə şəhər məktəblərinin IX-XI sinif şagirdlər arasında rayon turniri keçirilmişdir.
Tədbirdə Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev , “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Ağcabədi rayon Mütəxəssis Hazırlığı məktəbin direktoru Qüdrət İbrahimov və digər şəxslər iştirak etmişlər.
Şəxsi birincilikdə I yer tutan şəhər 5 saylı tam orta məktəbin, II yer tutan şəhər 3 saylı məktəb – liseyin, III yer tutan şəhər 11 saylı tam orta məktəbin şagirdləri rayon Gənclər və İdman İdarəsinin və “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Ağcabədi rayon Mütəxəssis Hazırlığı məktəbinin fəxri fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.