Ağcabədidə yüksək bal toplayan abituriyentlərlə onlayn görüş keçirildi.
YAP Ağcabədi rayon təşkilatının Gənclər Birliyinin və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 2019-2020-ci tədris ilinin yekununda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan şagirdlər və onların müəllimləri ilə onlayn görüş keçirilmişdir. Görüşdə YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Eldəniz Qənbərov, YAP Ağcabədi rayon təşkilatının Gənclər Birliyinin sədri Ceyhun Mamedov, rayon Təhsil şöbəsinin müdri İsmayıl Həsənov, şəhər 1 saylı məktəbin direktoru Səadət Kazımova,şəhər 8 saylı tam orta məktəbin direktoru Anar Qasımov çıxış etmiş uğur qazanan gəncləri, valideynlərini və müəllimləri təbrik edərək onlara yeni uğurlar və nailiyyətlər arzulamışlar.
Çıxış edənlər bildiriblər ki, təhsil ölkənin və rayonun sosial iqtisadi inkişafında əsas yer tutur. Ulu öndər Heydər Əliyevin dediyi kimi "Təhsil millətin gələcəyidir”. Bu gün Prezidentimiz cənab İlham Əliyev və ölkəmizin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsilimiz uğurla inkişaf edir. Video konfransın sonunda yüksək bal toplamış gənclər çıxış edərək ürək sözlərini söyləmiş və bu nəticələrin əldə olunmasında onların üzərində böyük əməyi olan valideynlərinə,müəllimlərinə və digər insanlara öz minnətdarlıqlarını bildirmişlər.