Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli Musiqi günü” ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində sərgi-tədbir keçirilib.

18 sentyabr 2020 | 11:00

“Milli Musiqi günü” ilə əlaqədar olaraq 18 sentyabr 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində sərgi-tədbir keçirilib. Mərkəzin qarşısında, açıq havada keçirilən tədbiri giriş nitqi ilə açan Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva Dahi bəstəkar,  musiqişünas alim,  publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir bəy Hacıbəylinin zəngin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirib ki, 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. “Milli Musiqi günü” ilə əlaqədar olaraq hər il olduğu kimi bu il də Mərkəzimiz tərəfindən mövcud pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla silsilə tədbirlər həyata keçirilir.
     Tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəylinin bəstəsi olan musiqilərin sədası altında bəstəkarın həyat və fəaliyyətini əks etdirən kitab, qəzet və jurnallardan, eləcə də mərkəzdə fəaliyyət göstərən kursların üzvlərinin əl işlərindən ibarət sərgi təşkil olunur.
Qeyd edək ki, sərgi günün sonunadək davam edəcək.

Keçidlər