Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Ulu Öndər Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş ağacəkmə kompanıyası keçirilmişdir.

04 may 2014 | 10:00

 Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı  Ulu Öndər Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə  təşəbbüs qaldırmışdır ki, hər bir ilk partiya təşkilatı  91 ədəd ağac əksin.
   03 may  2014-cü il tarixdə saat 10:00 –da Ağcabədi rayonu Bəhrəmtəpə - Mingəçevir magistral yolunun kənarında Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının 98 ilk partiya təşkilatının üzvləri təşəbbüsə qoşularaq, hər təşkilat 91 ədəd olmaqla cəmi 8918 ədəd həmişəyaşıl ağac əkmiş və suvarmışdır.
   Təşəbbüs hər il doğum günü  ildönümü qədər hər təşkilat tərəfindən ağac əkilməsi  Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə qədər davam edəcəkdir və 2023 – cü ilə qədər 93590 ədəd ağac əkilməsi qərara alınmışdır.
    Kompaniyada  1500  nəfər iştirak etmişdir.

Keçidlər