Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycan Olimpiya Odisseyası" layihəsi

11 sentyabr 2020 | 11:00

11 sentyabr 2020-ci il tarixdə saat 12:00-da "Azərbaycan Olimpiya Odisseyası" layihəsi çərçivəsində Dünya çempionu və Avropa oyunlarının qalibi olmuş Rəsul Çunayevin gənclərlə onlayn görüşü keçirildi. Görüşdə Rəsul Çunayev idmanda qarşılaşdığı çətinliklərdən, qazandığı uğurlardan, gələcəkdəki hədəflərindən bəhs edib. Daha sonra gənclərin ünvanladığı sualları cavablandırıb. Onlayn görüşdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və rayon gəncləri də iştirak edirdi.
Xatırladq ki,  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" şüarı altında, "Azərbaycan Olimpiya Odisseyası" layihəsi çərçivəsində iyul ayından etibarən ayda iki dəfə olmaqla məşhur idmançılarla onlayn görüşlər keçirməkdədir. (Görüşlərdə iştirak etməyən gənclər Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəsmi facebook səhifəsini izləməklə məlumat ala bilər

Keçidlər