Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Musiqi günümüz” adlı sərgi açılıb

11 sentyabr 2020 | 11:00

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi və 18 sentyabr  Milli Musiqi Günü münasibətilə “Musiqi günümüz” adlı sərgi təşkil edilib.

Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Üzeyir Hacıbəylinin həyat və fəaliyyətini əks etdirən kitab, qəzet və jurnallardan, eləcə də mərkəzdə fəaliyyət göstərən kurs üzvlərinin əl işlərindən ibarət sərgi sentyabrın 19-dək davam edəcək.

Karantin rejiminin tələbləri qorunmaqla, istənilən şəxs sərgi ilə tanış ola bilər.

Keçidlər