Ağcabədidə atletika üzrə “Könüllülər kuboku”nun qalibləri müəyyənləşib
02 sentyabr 2020 | 11:00
Ağcabədi rayonunda atletika üzrə “Könüllülər kuboku”nun qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyi və "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyi tərəfindən imzalanmış əsasnaməyə müvafiq olaraq keçirilən yarışda 7 komanda olmaqla, 16-29 yaş arasında 28 nəfər mübarizə aparıb. Ağcabədi Olimpiya İdman Kompleksində pandemiya dövrünün tələblərinə əməl etməklə keçirilən yarışda Bayram Bayramov birinci, Talış Ağayev ikinci, Şaban Muradov üçüncü yerə layiq görülüb. Qaliblər "Könüllülər kuboku" layihəsinin müvafiq diplomları ilə təltif olunublar.