Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə şahmat üzrə “Könüllülər kuboku”nun qalibləri müəyyənləşib

30 avqust 2020 | 11:00

Ağcabədi rayonunda şahmat üzrə “Könüllülər kuboku”nun qalibləri müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyi və "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyi tərəfindən imzalanmış əsasnaməyə müvafiq olaraq keçirilən yarışda 16-29 yaş arasında 24 oğlan və qız şahmatçı mübarizə aparıb. Pandemiya dövrünün tələblərinə əməl etməklə, gərgin idman mübarizəsi şəraitində keçən şahmat yarışında Gülüstan Əliyeva birinci, Fərhad Sərhadov ikinci, Nicat Quliyev üçüncü yerə layiq görülüb. Qaliblər "Könüllülər kuboku" layihəsinin müvafiq diplomları ilə təltif olunublar.

 

Keçidlər