Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində nikah mərasimi keçirilmişdir.

03 may 2014 | 10:00

02 may 2014-cü il tarixdə saat 12:00 –da Ağcabədi rayon Heydər Əliyev Mərkəzində  Ulu Öndər Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə Ağcabədi rayonu “Taxtakörpü” qəsəbəsində məskunlaşan Laçın rayonu Qarakeçdi kənd sakinləri 1986 – cı il təvəllüdlü Rüstəmov Əhəddin Eyvaz  oğlu ilə 1985- ci il təvəllüdlü Həsənquliyeva Kubra Məhəmməd  qızının nikah mərasimi keçirilmişdir.
     İlk öncə ailə quran gənc cütlük  Rayon Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli abisəinin ziyarət etmiş, önünə tər – çiçək dəstələri qoymuş və Onun əziz xatirəsini yad etmişlər.
    Daha sonra gənclərin  nikaha daxilolma mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Nikahdan sonra gənc ailəyə qiymətli hədiyyə təqdim olunmuş və onlara ömürboyu sürən xoşbəxtlik arzulanmışdır.
   Yekunda yeni ailə quran gənclərlə xatirə fotosu çəkilmişdir.

Keçidlər