Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə qaydaları pozan 10 velosipedçi cərimələnib

15 avqust 2020 | 11:00

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, reydin əsas məqsədi velosipedçilərin yol hərəkəti qaydalarına riayət etməsinə nəzarətin gücləndirilməsidir. Velosipedçilərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb. Eyni zamanda, ciddi qayda pozuntusuna yol verən velosipedçilər saxlanılıb. Qaydaları kobud şəkildə pozan 10 velosipedçi barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb və onlar cərimələniblər.

Keçidlər