Koronavirus pandemiyası ilə əlaqədar Ağcabədidə maarifləndirmə tədbirləri davam etdirilir.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşlar və könüllüləri Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejiminə əməl etməyən şəxslərlə profilaktik söhbətlər aparıb.
İdarə əməkdaşları onlara xüsusi karantin rejiminin tələblərini xatırladaraq bu tələblərin vətəndaşların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınması məqsədi ilə tətbiq edildiyini bildirib.
Bundan başqa idarə əməkdaşları şəhər ərazisində qrup halında gəzən sakinlər ilə də maarifləndirici söhbət aparıb. Söhbət zamanı vətəndaşlara virusun yaxın məsafəli ünsiyyət zamanı yoluxma riskinin daha yüksək olduğu bildirilib. Bundan başqa əhaliyə mümkün qədər evdən çıxmamaq, zəruri hallarda çıxıldıqda isə tibbi maska, spirt və əlcəkdən istifadə edilməsi tövsiyə olunub.