Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycan Olimpiya Odisseyası" layihəsi

15 avqust 2020 | 11:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" şüarı altında, "Azərbaycan Olimpiya Odisseyası" layihəsi çərçivəsində iyul ayından etibarən hər ay iki dəfə olmaqla məşhur idmançılarla onlayn görüşlər keçiriləcəkdir. (Görüşlərdə iştirak etməyən gənclər Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəsmi facebook səhifəsini izləməklə məlumat ala bilər.)
14 avqust 2020-ci il tarixdə saat 15:00-da 3 qat Dünya çempionu və Avropa çempionu olmuş Hacı Əliyevin gənclərlə onlayn görüşü keçirildi.
Görüşdə Hacı Əliyev idmanda qazandığı uğurlardan, qarşılaşdığı çətinliklərdən, növbəti hədəflərindən bəhs edilib. Daha sonra gənclərin suallarını cavablandırıb. Onlayn görüşdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev, idarənin əməkdaşları və rayon gəncləri də iştirak edirdi.

Keçidlər