Şriftin ölçüsü :

Saytın rəngi :

“Daha yaxşı dünya üçün” Beynəlxalq Gənclər konfransı

13 avqust 2020 | 11:00

12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə  “Daha yaxşı dünya üçün” Beynəlxalq Gənclər konfransı baş tutub.
2020-ci il üçün mövzusu “Qlobal fəaliyyət üçün gənclərin cəlb olunması” olan onlayn yayımlanan böyük konfrans Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru, BMT-nin baş katibi və dünyanın bir çox ölkəsindən olan rəsmilərin gənclərə müraciəti və çıxışları ilə başlayıb.
Konfransın davamında Azərbaycan gəncliyinin fəaliyyətini əks etdirən video çarx izlənilib, Azərbaycanın dünyaca uğur qazanmış gənclərin çıxışları və gənclərə müraciətləri ilə davam edib.
Tədbirdə çıxış edən hörmətli rəsmilər bildiriblər ki, gənclərin daim inkişafda olması, təhsil alması və vətənpərvərlik ruhunda tərbiyə olunması ölkənin çiçəklənməsinin baris göstəricisidir.
Tədbirin davamı olaraq, konfransın əsas mövzusu istiqamətində Azərbaycanın ən yaxşı təcrübələri sayılan “Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi”nin fəaliyyəti geniş kütləyə bir daha təqdim olunaraq, Yerli Gənclər Şuralarının yaradılması ilə bağlı təqdimatla davam edib.
Beynəlxalq Gənclər Gününə həsr olunan onlayn konfransın davamında Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini və Gənclər Fondunun icraçı direktorunun gənclərlə səmimi görüşü baş tutub. Görüşdə gənclərin suallarını cavablayan rəsmilər vurğulayıblar ki, bu gün Azərbaycan gəncləri öz fəaliyyəti ilə sübut ediblər ki, onlar ölkəmizin dəyərli vətəndaşlarıdır. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, güvənli gələcəyimizin təmin edilməsi gənclərin uğurlu fəaliyyətindən asılıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin aparıcı xəttini də məhz bu təşkil edir.
Konfransda Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev, idarəin əməkdaşları və rayon gəncləri də iştirak etmişdir.

Keçidlər