Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə “ Kitab bayramı “ keçirilmişdir.

01 may 2014 | 10:00

30 aprel   2014-cü  il tarixdə  saat 11:00 –da Ağcabədi  rayonu Ü.Hacıbəyli adına “Qarabağ” Muğam Mərkəzinin həyətində Ağcabədi rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə  Ümummilli Lider Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə  “Kitab bayramı“ keçirilmişdir.
    Kitab bayramında  2000- dən çox müxtəlif mövzuları əhatə edən kitablar  təşkil olunmuş sərgidə nümayiş olunmuşdur. Bundan başqa sərgidə nümayiş olunan  əl işləri tamaşaçıların böyük marağına səbəb olmuşdur.
   Tədbirdə çıxış edən Ağcabədi Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru İradə Allahverdiyeva açaraq qonaqları salamlamışdır.
  Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rza Quliyev,  Ağcabədi Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktor müavini Təranə Məmmədova,YAP İdarə Heyətinin  sədr müavini Eldəniz Qəmbərov, şair Gündüz Sevindik və digər çıxış edənlər bütün kitabsevərləri bayram münasibəti ilə təbrik etdilər və  bildirdilər ki, kitab bizi bütün elmlərdən agah edən bilik xəzinəsidir.Bu xəzinənin  parıltısı süni daş – qaş deyil, insanları cəhalətdən uzaqlaşdıran, doğru yol göstərən və mənəvi cəhətdən təmizləyən qazanılan  biliklərdir. Bununla yanaşı,tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin zəngin  həyatı, dövlətçiliyimizin qurulması istiqamətində fəaliyyəti haqqında  və milli – mənəvi dəyərlərimizin, tariximizin qorunması sonsuz xidmətlərindən  bəhs etmişdilər.
    Daha sonra Ümummilli Lider Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə  keçirilən inşa müsabiqəsinin qalibi  şəhər 2 saylı tam orta məktəbin şagirdi Nərgiz İbrahimova fəxri fərmanla təltif olunmuşdur.
   Ədəbi – bədii  konsert proqramı  kitab bayramının  sonuna qədər davam etdirilmişdir.
   Tədbirdə  rayon ictimaiyyəti , ziyalılar, idarə və müəssisə rəhbərləri iştirak etmişdir.
   Tədbir musiqi sədaları altında başa çatdırılmışdır.

Keçidlər