Region gənclərin iştirakı ilə "Vətən sərhəddən başlayır" adlı videokonfrans
11.08. 2020-cil tarixdə region gənclərin iştirakı ilə "Vətən sərhəddən başlayır" adlı videokonfrans keçirilmişdir. Videokonfransı giriş sözü ilə Tovuz rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov açaraq ilk öncə 12 avqust Beynəlxalq Gənclər Günü və 18 avqust Sərhədçilərin peşə bayramı münasibətilə təbriklərini çatdırmışdır. Gənclərin vətənpərvərlik tərbiyəsində sərhəd və vətən məfhumlarının böyük rol oynadığı konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır. Azərbaycan coğrafi məkanına görə bir sıra ölkələrlə həmsərhəd olduğu və bu sərhədlərin etibarlı şəkildə qorunduğu vurğulanmışdır. Daha sonra çıxış edən Millət Vəkili Müşfiq Cəfərov gənclərimizin bu həqiqətləri sosial şəbəkələrdə də fəal şəkildə işıqlandırmalı olduqlarını bildirmişdir. Konfransda 12 şəhər və rayonun- Ağcabədi, Gəncə, Naftalan, Göygöl, Samux, Goranboy, Daşkəsən, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy- Gənclər və İdman idarələrinin rəisləri, gəncləri , Heydər Əliyev Mərkəzlərinin direktorları ,Aprel döyüşlərinin iştirakçısı, qazi Natiq Mehdiyev, Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının müəllimi Elnur Hacıyev iştirak və çıxışlar etmişlər