Şriftin ölçüsü :

Saytın rəngi :

12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfrans keçirilmişdir.

11 avqust 2020 | 11:00

11 avqust 2020-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “12 avqust - Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş videokonfrans  keçirilmişdir.
Videokonfransda Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, idarənin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Cavid Bünyadov və başqaları çıxış edərək gəncləri təbrik ediblər. Beynəlxalq Gənclər Gününün əhəmiyyətindən danışıblar. Məlumat verilib ki, 1998-ci ildə hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin vaxtdan etibarən bu gün gənclərin nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur. Azərbaycan bir çox sahədə olduğu kimi, bu sahədə də bir çox ölkəni, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb. Belə ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Gəncləri Günü təsis edildikdən xeyli sonra gənclərin işi üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.
Bildirilib ki, bu gün ölkəmizdə gənclərə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Azərbaycan gənclərinin inkişafı və xarici ölkələrdə təhsil üzrə çoxsaylı Dövlət proqramları qəbul olunub.

Keçidlər