"Azərbaycan Olimpiya Odisseyası" layihəsi
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" şüarı altında, "Azərbaycan Olimpiya Odisseyası" layihəsi çərçivəsində iyul ayından etibarən hər ay iki dəfə olmaqla məşhur idmançılarla onlayn görüşlər keçiriləcəkdir. (Görüşlərdə iştirak etməyən gənclər Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəsmi facebook səhifəsini izləməklə məlumat ala bilər.)
06 avqust 2020-ci il tarixdə saat 15:00-da 5 qat Dünya çempionu, 11 qat Avropa çempionu, 1 dəfə Avropa Oyunlarının və 2 dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Rafael Ağayevin gənclərlə onlayn görüşü keçirildi.
Rafael Ağayev idmanla bağlı gəncləri maraqlandıran sualları cavanlandırdı. Onlayn görüşdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və rayon gəncləri də iştirak edirdi.