Ağcabədi rayonunda Xalq Çalğı alətləri ifaçılarının III Respublika müsabiqəsinin zona mərhələsi keçirilmişdir.
28 aprel 2014-cü il tarixdə saat 15:00 –da Ağcabədi rayonu Ü.Hacıbəyli adına Şəhər İncəsənət Məktəbinin iclas zalında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin uşaq və gənclər arasında Xalq Çalğı alətləri ifaçılarının III Respublika müsabiqəsinin zona mərhələsi keçirilmişdir. Zona mərhələsində Ağcabədi, Ucar, Zərdab, Beyləqan, Ağdam, İmişli, Xocavənd və Füzuli rayonlarının Musiqi və İncəsənət məktəblərinin, Ağdam Musiqi Kollecinin şagirdləri iştirak etmişdir.
Münsiflər heyətində Tarizan Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti, “ Şöhrət” Ordenli Ramiz Quliyev, kamança Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsət xadimi, Fəlsəfə Elmləri doktoru Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının dosenti Mübariz Əliyev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Elmi Metodiki Mərkəzin Təhsil Şöbəsinin müdiri Natiq Mustafayev və Elmi Metodiki Mərkəzin aparıcı mütəxəssisi Leyla Rzayeva olmuşdur.
Tədbiri Ağcabədi Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rza Quliyev açaraq , gələn qonaqları salamlayaraq, onları Ağcabədi rayonunda görməkdən şad olduğunu vurğulamışdır. Rza Quliyev qeyd etmişdir ki, belə bir müsabiqənin Azərbaycanın mədəniyyət beşiklərindən biri olan Qarabağ torpağının bir güşəsi Ağcabədidə keçirilməsi təqdirə layiqdir. Natiq bir daha bu müsabiqədə iştirak edən hər bir kəsə uğurlar və işlərində nailiyyətlər arzulamışdır.
Daha sonra qonaqlar da iştirakçılara ürək sözlərini bildirdikdən tədbir başlanmışdır
Müsabiqədə 150 nəfər iştirak etmişdir .