Ağcabədi rayonunda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dezinfeksiya tədbirləri davam etdirilir.
24 iyul 2020 | 11:00
Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində koronavirus (COVİD19)infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Aparılan müvafiq profilaktik tədbirlərin effektvliyinin yüksəldilməsi məqsədilə növbəti dəfə 24 iyul 2020-ci il tarixdə Mərkəzin bütün otaqlarında və ekspozisiya zalında dezinfeksiya işləri aparılmışdır.
Qeyd edək ki, bu cür dezinfeksiya tədbirləri koronavirus (covid 19) infeksiyası ilə mübarizə çərçivəsində rayonun dövlət idarələrində, mədəniyyət ocaqlarında mütəmadi həyata keçirilir.