Şriftin ölçüsü :

Saytın rəngi :

Mərkəzi Xəstəxana yeni tibbi avadanlıq almışdır

23 iyul 2020 | 11:00

Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı siyasət, hər şey insan naminə, onun xoş rifahına istiqamətləndirilən əsas amillərdən biridir. Ölkə vətəndaşları davamlı olaraq Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğı və diqqətinin bəhrəsini görürlər.
Ağcabədi vətəndaşları da həmişə Prezidentin qayğısını öz üzərlərində hiss edirlər. Burada cəmi bir neçə il əvvəl tikilən və açılışında möhtərəm Prezident İlham Əliyevin iştirak etdiyi müasir tipli Mərkəzi Xəstəxana bunun aydın təzahürüdür.
Bu günlərdə Ağcabədi rayon Mərkəzi Xəstəxanasında, Təcili Yardım Stansiyası ilə yanaşı quraşdırılmış “Oksigen kompressoru” Prezidentin ağcabədililərə göstərdiyi xüsusi və davamlı qayğının nəticəsidir. Bu oksigen kompressoru koronavirusla mübarizədə çətin sınaq dövrünü yaşayan Ağcabədi həkimlərinin yaxın köməkçisi olacaqdır.
Ölkəmizə gətirilən cəmi 4 ədəd belə tibbi avadanlığın rayonumuzda fəaliyyətə başlaması vətəndaşları sevindirir. Çünki bu lazımi tibbi avadanlıq  həm də cərrahiyə əməliyyatları zamanı həkimlərimizin köməyinə çatacaq. Fasiləsiz, davamlı işləyən oksigen kompressoru Ağcabədi rayon Mərkəzi Xəstəxanasını müntəzəm olaraq oksigenlə təmin edəcəkdir.

Keçidlər