Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 21- ci ildönümü və Ağcabədi rayonunda 9 ayın yekunları müzakirə olunmuşdur.
18 oktyabr 2012-ci il tarixdə saat 10:00 –da Ağcabədi rayonu Mədəniyyət evində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 21–ci ildönümü və 2012- ci ilin 9 aylığının yekunları ilə əlaqədar hesabat yığıncağı olmuşdur.
Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binası qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, onun xatirəsinin yad etdilər.
Yığıncaqda Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov məruzə ilə çıxış edərək , ilk öncə 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpasının 21 – ci ildönümü münasibəti ilə bütün rayon ictimaiyyətini təbrik etmiş və 21 illik inkişaf edən, güclənən Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsi işində hər kəsə uğurlar arzulamışdır. Rayon rəhbəri qeyd etmişdir ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar Ağcabədi rayonunda 2012-ci ilin 9 ayında xeyli işlər görülmüşdür.
Şəhərin prospekt və küçələrində 778 kv m səki yanına ağ lay döşənmiş, 10304 kv.m yeni səki salınmış, 4405 kv.m hasar və bina suvanmış, 3060 kv.m hasar hörülmüş, 20950 kv.m hasar və bina fasadları rənglənmiş, 67290 m. ağ və sarı xətt çəkilmiş, 1279 p/ m yağış suları üçün su ötürücü kanalizasiya xətti çəkilmiş, 310 m. su ötürücü kanalizasiya arxlarına həyət evlərinə gediş üçün metal borular qoyulmuş, prospekt və küçələrdə 7570 m xüsusi bəzək işıqları, 183 ədəd işıq dirəkləri quraşdırılmış, 3190 kv.m ağ lay və alkopanla binanın fasadları üzlənmiş, 22859 kv.m asfalt qoyulmuş, 180 p/ m hasar üzərinə rəngli dalğavari dəmir laylardan xüsusi formalı mühafizə örtüyü quraşdırılmışdır.
2011-ci ilin sonunda tikintisinə başlanmış şəhər 3 saylı məktəb-lisey üçün 960 şagird yerlik, Qaraxanlı və Şərəfxanlı kənd tam orta məktəblərinin hər biri üçün 180 şagird yerlik, Aran kənd 2 salı ümumi orta məktəb üçün 80 şagird yerlik yeni məktəb binaları tikilərək, 480 şagird yerlik şəhər 5 saylı tam orta məktəb əsaslı təmir olunaraq yeni dərs ilində istifadəyə verilmişdir. 80 şagird yerlik Ağabəyli kənd ümumi orta məktəbinin binası yenidən tikilərək 02 oktyabr 2012-ci il tarixdə istifadəyə verilmişdir və bəzi məktəblərində tikintisi davam etdirilir. Respublikada iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar Ağcabədi rayonunda da 3.300 hektar Dövlət fond torpaq sahəsinin təyinatı dəyişdirilərək özəl pilot taxılçılıq təsərrüfatı yaradılmışdır. Ümumiyyətlə 2012- ci ilin 9 ayında Ağcabədi rayonunun bütün sahələrdə həyata keçirilən və görülən işlər, regionlarımızdan geri qalmayan inkişaf bizi məsuliyyətli və işimizə qarşı daha tələbkar edir.
Yekunda rayon rəhbəri bildirdi ki, Ağcabədi rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarını, regionlara səfəri zamanı verdiyi tapşırıq və tövsiyyələri, 10 oktyabr 2012-ci il tarixli Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının Sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar iclasındakı nitqindən irəli gələn tapşırıqları əldə rəhbər tutaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, enerji və təbii qazla , əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Yığıncaqda daha sonra rayon Elektrik Şəbəkəsinin rəis əvəzi Mətləb Nəcəfov, rayon Qaz İstismar Sahəsinin rəisi Səfər Səfərov, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Əliağa Quliyev , Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov görülmüş işlər və qarşıda duran vəzifələr barəsində hesabat xarakterli çıxışlar etmişlər. Hesabat xarakterli çıxışlarında natiqlər qeyd etmişdirlər ki, Respublikamızda, eləcə də rayonumuzda Dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından xeyli işlər görülmüşdür. Hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Son illər Ağcabədi rayonunda aparılan yenidən qurma işləri və abadlıqlar, yaşıllaşdırma işlərinin genişləndirilməsi rayonun daha da inkişaf etməsinə təkan vermişdir.
Hesabat yığıncağında rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin, YAP ərazi ilk təşkilatlarının sədrlərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrinin , bələdiyyə sədrlərinin, məktəb direktorlarının iştirakı ilə 315 nəfər iştirak etmişdir.