Şriftin ölçüsü :

Saytın rəngi :

22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günüdür

22 noyabr 2023 | 20:03

Noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur.
Artıq ölkəmizdə ədliyyə orqanlarının yaradılmasından 105 il ötür.
Bu gün münasibəti ilə Ağcabədi rayonunda da tədbir keçirildi. Tədbirdə ədliyyə işçiləri, hüquq -mühafizə orqanlarının rəhbərləri və media nümayəndələri iştirak etdilər.
İlk öncə tədbir iştirakçıları Qəhrəmanlar Parkını ziyarət etdilər. Ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini hörmətlə andılar.
Sonra iştirakçılar Ulu öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçəklər düzərək, onun əziz xatirəsini ehtiramla yad etdilər.
Çıxış edən Ağcabədi Rayon Məhkəməsinin sədri Sulduz Səlimov Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan söz açdı.
Ardınca Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək , onlara işlərində uğurlar arzuladı. Rayon rəhbəri qeyd etdi ki, bu gün ədliyyənin, məhkəmə orqanlarının inkişafı, müasirləşdirilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanan fərmanlar, sərəncamlar və dövlət proqramları yüksək səviyyədə icra olunmaqdadır.
Sonra bir qrup ədliyyə işçiləri rayon icra hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif olundu.
Tədbir Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin ziyarət olunması ilə davam etdi.
Mərkəzin əməkdaşı tərəfindən Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında qonaqlara ətraflı məlumat verildi.
Yekunda birgə xatirə şəkilləri çəkdirildi.
Biz də bütün ədliyyə işçilərini peşə bayramları münasibəti ilə təbrik edir, onlara möhkəm can sağlığı və xidməti fəaliyyətlərində uğurlar diləyirik!

Keçidlər