Şriftin ölçüsü :

Saytın rəngi :

43 siyasi partiya milli həmrəyliyə dair birgə bəyanat imzalayıb

16 iyul 2020 | 11:00

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhəddinin Tovuz istiqamətində törətdiyi son təxribatlarla əlaqədar ölkə də fəaliyyət göstərən 43 siyasi partiya milli həmrəyliyə dair bəyanat qəbul edib.
Bəyanatda qeyd edilib ki, iyun ayının 12-də Ermənistan hərbi qüvvələri dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövgelərinə qəflətən, xaincəsinə hücum edərək, növbəti hərbi təxribat törətmişdir. Azərbaycan Ordusunun təxirəsalınmaz və adekvat tədbirləri nəticəsində erməni tərəfinin hücümlarının qarşısı qətiyyətlə alınmış, düşmənə layiqlı cavab verilmişdir. Ermənilər ciddi itkilər verərək, geri çəkilməyə məcbur edilmişlər. Erməni hərbiçiləri iyulun 13 və 14-də döyüşləri davam etdirmişlər. Eyni zamanda, Ermənistan Azərbaycan sərhədlərinin digər istiqamətlərində də təxribatlar törətməyə cəhd göstərilmişdir. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli zərbələri nəticəsində düşmənin döyüş imkanları saısıdılmış, böyük sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilmişdir. Düşmənə layiqlı cavab verən Silahlı Qüvvərəlimiz də, təəssüf ki, itkilərə məruz qalmışdır. Lakin onların qısası yerdə qalmayıb. Sanlı hərbiçilərimizin ölümünə bais olanlar, həmişə olduğu kimi ən ağır şəkildə cəzalarınını alıblar.
Göstərilib ki, qanlı toqquşmalara yol verilməməsi naminə atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, erməni tərəfinin təmas xəttində və sərhəd zonalarında vaxtaşırı təxribatlar törətməsi adət halını alıb. Erməni rəhbərliyi birinci dəfə deyildir ki, öz ölkəsi daxilində üzləşdiyi və həlli qarşısında aciz qaldığı ağır problemlərdən sərhəddə və ya təmas xəttində iyrənc hərbi təxribatlar törətməklə yaxa qurtarmağa çalışır. Ağır epidemiya vəziyyətində və sosial-iqtisadi sarsıntılardan cana doymuş xalqın qəzəbindən yayınmaq üçün Paşinyanın diktatura rejiminin hərbi təxribatlara əl atması onun yürütdüyü siyasətin, Ermənistanın əvvəlki xunta rejimlərinin yürütdükləri siyasətdən azacıq da olsun, fərqlənmir.
Azərbaycanın davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyamızın uğurları, dünya birliyinin ermənilərin mənfur siyasətinin həqiqi sifətini tanıması, habelə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyinə bəslədiyi xülyaların puç olması xain, qisasçı erməni siyasi rejimini qanlı üsullara əl atmağa məcbur edib.
Bəyanatda bildirildiyi kimi, növbəti erməni təxribatının münaqişə zonası olan Dağlıq Qarabağ bölgəsindən kənar sərhəd zonasında baş verməsi onu törədənlərin məkrli və çirkin niyyətlərindən xəbər verir. Odur ki, erməni təxribatlarının cilovlanması üçün dünya birliyinin, beynəlxalq təşkilatların, ələlxusus, vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu səsini ucaltmalı, təcavüzkar yerində oturdulmalıdır.
Sonda qeyd olunub ki, Azərbaycanın siyası partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünü və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiklərini bəyan edirlər. Onlar xalqımızı həmrəyliyə, vətənimizə qarşı uzanan qanlı erməni əllərini kəsib atmağa hər an hazır olmağa səsləyirlər.
Siyasi partiyalar şərəfli tarixi olan Ordumuzdan qürur duyur, Ali Baş Komandan İlham Əliyevin vətənimizin şərəfi və namusu yolunda istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olduğunu əminliklə bildiriblər.
Ağcabədi rayonun ictimaiyyəti, siyasi partiyaların bölgə üzrə təşkilatları bu bəyanata qoşulur, onu yekdilliklə dəstəkləyirlər.

Keçidlər